Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə uğurla davam etdirilir

0

  • Bu gün bütün dünyaya meydan oxuyan, az qala hər kəsi düşündürən koronavirus bəlasının nədən yaranması və qarşısının alınmasının mümkünlüyü barədə bir–birini bəzən təsdiq, bəzən isə təkzib edən məlumatlar onun özü kimi sürətlə yayılmaqda, insanları yerli-yersiz ciddi təlaşa salmaqdadır. Əslində təlaş səbəbsiz də deyil. Hazırda bu barədə hamı danışır - problemin mahiyyətini araşdıran da araşdırmayan da. COVİD-19-dan yaxa qurtarmağın elmi, tibbi yolları axtarılır, peyvənd üçün hazırlanan vaksinlər artıq bir çox ölkələrdə həyata keçirilir. Bu da o deməkdir ki, gözəgörünməzliyi ilə təhlikə yaradan korononavaris ömrünün sonlarına yaxınlaşıb. Azərbaycan Ümumdünya Səhiyyə təşkilatının pandemyaya qarşı qlobal mübarizənin əlaqələndirilməsi də daxil olmaqla qlobal səhiyyə sahəsində idarəçiliklə bağlı aparıcı rolunu və səylərini dəstəkləyir. Pandemiyanın lap ilk günlərindən Azərbaycanda COVİD-19-un əhaliyə mənfi təsirini minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlıpraktiki tədbirlər həyata keçirilmişdir. Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyası 2021-ci il mayın 24-də 31-dək virual şəkildə keçirilib. Qeyd edək ki, sessiyanın bağlanış mərasimində xüsusi qonaq qismində Azərbaycan, Qazağıstan, Əfqanistan, Argentina, Malayziya, Avstraliya və Butanın dövlət və hökumət başçıları çıxış ediblər. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusun dəvəti əsasında mayın 31-də sessiyanın bağlanış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim edilib. Prezident öz çıxışında bildirib ki, 2021-ci ilin “Səhiyyə işçiləri ili elan edilməsini alqışa layiq bir qərardır. Daha sonra ölkə başçısı bildirib ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə olduqca səmərəli əməkdaşlıq edir. Ötən il Ümumdünya Səhiyyə Tşkilatı Azərbaycanı pandemya ilə mübarizəsində öndə gedən ölkələrdəndir. Azərbaycan Prezidenti Bu sırada Qoşulmama Hərakatının 2020-ci ilin may ayında təşkil edilmiş zirvə toplantısını və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi səviyyəsini qeyd edib. Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi verir. Biz cari ilin yanvar ayının ortalarında etibarən peyvənd kampaniyasına başlamışıq və artıq 99.94 faizi “Sinovaq”, qalanı isə “AstraZeneca” və “Sputnik” olmaqla, 2 milyon doza peyvənd istifadə edilib. Bu rəqəm əhalimizin 20 faizi təşkil edir. 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər. Peyvənd olunanlara COVİD -19 pasportları təqdim edilir. İnanırıq ki, koronavirus pandemiyası yaxın zamanda sona yetəcək. Dövlətimiz Ümumdünya Səhiyyə Təşkilatına maliyyə yardımı etməklə, koronavarisun ölkəmizdə daha çox yayılmasının və qonşu ölkələrə keçməsinin qarşısını almaqla pandemiyaya qarşı mübarizədə əvəzsiz tədbirlər görmüş dövlət kimi yaddaşlarda qalacaq. Venera Rəsulova, Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib69 dəfə
    Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə uğurla davam etdirilir

    Maraqlı gələ bilər
    46
    46
    41
    0